Andrea Lidsom Böyük Britaniyanın baş naziri postuna namizədliyini geri götürüb

Andrea Lidsom Böyük Britaniyanın baş naziri postuna namizədliyini geri götürüb O, Tereza Meyin namizədliyini dəstəkləyib
Digər ölkələr
11 İyul , 2016 16:18
Andrea Lidsom Böyük Britaniyanın baş naziri postuna namizədliyini geri götürüb

Bakı. 11 iyul. REPORT.AZ/ Mühafizəkarlar Partiyasından Böyük Britaniyanın baş nazir postuna namizəd olan Andrea Lidsom bu fikirdən daşınaraq namizədliyini geri götürdüyünü açıqlayıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, xanım siyasətçi ölkənin ən qısa zamanda baş nazirini müəyyən etməli olduğunu və bu baxımdan Britaniya daxili işlər naziri Tereza Meyin namizədliyini dəstəklədiyini bildirib.

Xatırladaq ki, hazırki baş nazir Devid Kemeron Böyük Britaniyada Avropa İttifaqına üzvlükdən çıxmaqla bağlı keçirilmiş referendumdan sonra istefaya gedəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi