Yuxarı

Niderlandda hava limanında iki sərnişin təyyarəsi toqquşub

Amsterdamda hava limanında sərnişin təyyarələri toqquşub

Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Sxiphol hava limanında iki sərnişin təyyarəsi toqquşub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Dutch News” yayıb.

Bildirilib ki, təyyarələr “EasyJet” və “KLM” hava şirkətlərinə məxsusdur.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 

KLM şirkətinin “Airbus A320” təyyarəsi İspaniyanın paytaxtı Madridə, “EasJet”in “Boeing737-800” təyyarəsi isə Britaniyanın paytaxtı Londona uçurmuş. Qəzaya görə şirkətlər sərnişinləri başqa təyyarə ilə yola salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi