Amsterdam aeroportunda reyslərdə gecikmə yaranıb

Amsterdam aeroportunda reyslərdə gecikmə yaranıb Amsterdamın Schiphol hava limanında təyyarələrin yanacaqla doldurulması sistemində yaranan problem səbəbindən reyslərdə çoxsaylı gecikmələr yaranıb.
Digər ölkələr
24 İyul , 2019 22:13
Amsterdam aeroportunda reyslərdə gecikmə yaranıb

Amsterdamın "Schiphol" hava limanında təyyarələrin yanacaqla doldurulması sistemində yaranan problem səbəbindən reyslərdə çoxsaylı gecikmələr yaranıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroportun rəhbərliyinin məlumatında bildirilir.

Bildirilir ki, problem "Aircraft Fuel Supply" podratçı şirkətin avadanlıqlarında yaranan nasazlıq səbəbindən baş verib.

"Bu o deməkdir ki, təyyarələrə hazırda yanacaq vurmaq olmur və bu da reyslərin gecikməsinə səbəb olur", - deyə aeroportun bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi