Amsterdam aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb

Amsterdam aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb Bakı. 15 avqust. REPORT.AZ/ Hollandiyanın Amsterdam şəhərinin Sxiphol aeroportu fəaliyyətini müvəqqəti dayandırıb.
Digər ölkələr
15 Avqust , 2018 17:14
Amsterdam aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb

Bakı. 15 avqust. REPORT.AZ/ Hollandiyanın Amsterdam şəhərinin Sxiphol aeroportu fəaliyyətini müvəqqəti dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının nümayəndələri "Twitter"də məlumat veriblər.

"Uçuşlar və enişlər müvəqqəti olaraq həyata keçirilmir. Dispetçer xidməti problemin nədə olduğunu aydınlaşdırır. Vəziyyət haqqında məlumat verməyə davam edəcəyik", - məlumatda deyilir.

Sərnişinlərə reyslər haqqında saytdan, mobil tətbiqlər vasitəsilə və ya aviaşirkətlərə zəng etməklə məlumat almaları tövsiyə olunur.

Öz növbəsində, Hollandiyanın Teleradio Yayım Korporasiyası problemin yerli vaxtla saat 13:15-də başladığını bildirib. Teleşirkətin məlumatına görə, söhbət, güman ki, texniki nasazlıqdan gedir.

Son xəbərlər

Orphus sistemi