Yuxarı

Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşıdır - SORĞU

Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşıdır- SORĞU

ABŞ əhalisinin yarıdan az hissəsi Prezident Donald Trampın impiçmentinə tərəfdardır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə “Gallup” təhlil mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə ölkə başçısının impiçmentinə iştirakçıların 45 faizi tərəfdar çıxdığı halda 53 faizi bunun əleyhinə olduqlarını bildiriblər.

Bununla yanaşı, ABŞ prezidentinin impiçmenti fikrini iqtidardakı Respublikaçılar Partiyası tərəfdarlarının 7 faizi, müxalifətdəki Demokrat Partiyası tərəfdarlarının 81 faizi, bitərəf iştirakçıların da 46 faizi dəstəkləyib.

Donald Trampın dövlət başçısı kürsüsündəki fəaliyyətini sorğu iştirakçılarının 41 faizi bəyənib.

Qeyd edək ki, hazırda Nümayəndələr Palatasının demokrat millət vəkilləri Prezident Trampın impiçmentilə bağlı müvafiq prosedura başlayıb-başlamamaq barədə müzakirələr aparırlar.

Ötən il keçirilən bənzər sorğunun da iştirakçılarının yarıdan az hissəsi Donald Trampın impiçmenti fikrini dəstəkləmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi