Amerikalı konqresmenlərin olduğu qatar yük maşını ilə toqquşub

Amerikalı konqresmenlərin olduğu qatar yük maşını ilə toqquşub Hadisə Qərbi Virciniyada baş verib
Digər ölkələr
31 Yanvar , 2018 21:49
Amerikalı konqresmenlərin olduğu qatar yük maşını ilə toqquşub

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ Konqresi üzvlərinin olduğu qatar Qərbi Virciniyada yük maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bunu sərnişinlərdən biri, respublikaçı Bredli Birn öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, qatarda respublikaçılar qanadının nümayəndələri olub və onlar səfər tədbirinə gedirlərmiş. Birn onların sayını deməyib.

"Təhlükəsizlik xidməti və həkimlər hadisə yerinə gəliblər. Xəsarət alanlara yardım göstərilir və onların təhlükəsizliyi təmin edilir", — deyə o yazıb.

Son xəbərlər

Orphus sistemi