Amerikadan çıxarılan ilk rusiyalı diplomat qrupu Vaşinqtonu tərk edib

Amerikadan çıxarılan ilk rusiyalı diplomat qrupu Vaşinqtonu tərk edib Şənbə günü ABŞ-ı ümumilikdə 171 nəfər tərk etməlidir
Digər ölkələr
1 Aprel , 2018 01:52
Amerikadan çıxarılan ilk rusiyalı diplomat qrupu Vaşinqtonu tərk edib

Bakı. 1 aprel. REPORT.AZ/ Rusiyalı diplomatları daşıyan ilk təyyarə Vaşinqtonu tərk edib.

“Report” xəbər verir ki, bu barədə "Flightradar 24" portalına istinadən "RİA "Novosti" məlumat yayıb.

Portalın məlumatına görə, ölkənin birinci şəxslərinə xidmət edən "Rossiya" xüsusi uçuş dəstəsinin "İl-96-300" tipli təyyarəsi "Dalles" hava limanından "Vnukovo" aeroportu istiqamətində yola düşüb.

Təyyarənin göyərtəsində bundan əvvəl ABŞ hökumətinin "arzuolunmaz şəxs" elan etdiyi ilk diplomat qrupu və onların ailə üzvləri yer alıb.

Ailə üzvlərini də saymaq şərti ilə şənbə günü ABŞ-ı ümumilikdə 171 nəfər tərk etməlidir. Vaşinqtona onların ardınca iki təyyarə göndərilib.

Son xəbərlər

Orphus sistemi