Amerikada təyyarə qəzası nəticəsində iki nəfər ölüb

Amerikada təyyarə qəzası nəticəsində iki nəfər ölüb Bakı. 16 sentyabr. REPORT.AZ/ Şənbə günü Amerikanın Massaçusets ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Digər ölkələr
16 Sentyabr , 2018 08:41
Amerikada təyyarə qəzası nəticəsində iki nəfər ölüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Şənbə günü Amerikanın Massaçusets ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Midlseks dairəsinin prokuroru xanım Merian Rayan öz "Twitter" səhifəsində yazıb.

Onun yazdığına görə, təyyarə şənbə günü Voburn yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Ölənlər 65 yaşlı kişi və onun 53 yaşlı həyat yoldaşıdır.

Son xəbərlər

Orphus sistemi