Yuxarı

Amerika Venesuelaya qarşı yeni sanksiyalar hazırlayır

​Amerika Venesuelaya qarşı yeni sanksiyalar hazırlayır

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, Vaşinqton Karakasa qarşı yeni maliyyə qadağaları hazırlayır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət Venesuela prezidenti Nikolas Maduronun tapşırıqlarını yerinə yetirən maliyyə institutlarına qarşı sanksiyalardan gedir.

Elliott Abrams əlavə edib ki, bu institutlar Venesueladan vəsait oğurlayıb, dünyanın müxtəlif yerlərində gizlədirlər.

O qeyd edib ki, məhdudiyyətlər üçüncü ölkələrə də toxuna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi