Yuxarı

Amerika Venesueladakı diplomatlarının bir hissəsini geri çağırıb

​Amerika Venesueladakı diplomatlarının bir hissəsini geri çağırıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Amerika Dövlət Departamenti Venesueladakı diplomatlarının bir hissəsini geri çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkəni fəaliyyəti təcili xarakter daşımayan diplomatlar tərk edəcək.

Həmçinin bildirilir ki, Amerika hökumətinin Venesueladakı vətəndaşlarına təcili xidmət göstərmək imkanları hazırda məhdudlaşdırılıb.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi