Yuxarı

ABŞ-Meksika sərhədində 376 mühacir ölüb

Amerika sərhədində ölənlərin sayı açıqlanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.

Ölənlərdən 20-si qadın, 4-ü uşaqdır. Sərhəddə həlak olanların yarısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hesabatda qeyd edilib ki, ABŞ-da büdcə böhranına görə federal hökumətin fəaliyyəti müvəqqəti olaraq dayanıb və 2018-ci il dekabrın 21-dən sərhəddəki vəziyyətlə bağlı qeydiyyat aparılmayıb. Ona görə də ölən miqrantların sayının göstərilən rəqəmdən çox olduğu ehtimal edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi