Yuxarı

Trampın Yaponiyaya səfərinin tarixi açıqlanıb

Amerika lideri Tokioda mayın 25-28 səfərdə olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Yaponiyaya rəsmi səfərinin tarixi məlum olub.

"Report"un məlumatına görə, bu barədə Yaponiyanın "Sankey" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, Amerika lideri Tokioda mayın 25-28 səfərdə olacaq. Həmin günlərdə ABŞ prezidenti ilə Yaponiyanın baş naziri Sindzo Abenin danışıqları baş tutacaq. Bununla yanaşı, Ağ Ev rəhbəri Yaponiyanın yeni imperatoru Naruhitoyla da görüşəcək. Yeni imperator mayın 1-də taxta çıxacaq. Belə olduqda Tramp imperatorun qəbuluna layiq görülmüş ilk xarici lider olacaq.

Onlar qolf oynayacaqlar və sumo yarışına baş çəkəcəklər. Tramp son dəfə Yaponiyaya demək olar, iki il əvvəl səfər edib.

Bugünlərdə məlum olub ki, Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi