Barak Obama: "Amerika əsgərləri ilin sonuna qədər Əfqanıstanda qalacaq"

Barak Obama: "Amerika əsgərləri ilin sonuna qədər Əfqanıstanda qalacaq" ABŞ prezidenti bunu əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə keçirdiyi mətbuat konfransında deyib
Digər ölkələr
25 Mart , 2015 10:18
Barak Obama: Amerika əsgərləri ilin sonuna qədər Əfqanıstanda qalacaq

Bakı. 25 mart. REPORT.AZ/ "Əfqanıstanda olan 10 minə yaxın amerikalı əsgər ilin sonuna qədər orada qalacaq". "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama Ağ evdə əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ-ın Əfqanıstanla təhlükəsizlik baxımından əməkdaşlığı davam etdirmək niyyətində olduğunu deyən Obama bildirib ki, Əfqanıstan hələ də təhlükəli yer olaraq qalır: "ABŞ NATO missiyası çərçivəsində əfqanlı əsgərlərə təcrübə keçməkdə davam edəcək. 4 il əvvəl ABŞ-ın Əfqanıstanda 100 mindən çox əsgəri var idi. Bu gün isə ABŞ-ın Əfqanıstanda 10 minə yaxın əsgəri var. Ötən il Əfqanıstanın generalı və milli təhlükəsizlik naziri ilə fikir mübadiləsi apardım və qərara gəldim ki, 9 min 800 əsgərimiz il sonuna qədər ölkədə qalacaq".

Qeyd edək ki, Obama bir müddət əvvəl verdiyi açıqlamalarda Əfqanıstandakı mövcud əsgərlərinin yarısının 2015-ci il ərzində ölkədən çıxacağını və Əfqanıstandakı əsgər sayının 5500-ə çatdıracağını demişdi. Həmçinin prezident olduğu müddətdə bu rəqəmin daha da aşağı düşəcəyini bəyan etmişdi. 

Son xəbərlər

Orphus sistemi