"American Airlines" Venesuelaya uçuşları dayandırıb

"American Airlines" Venesuelaya uçuşları dayandırıb ABŞ-ın American Airlines aviaşirkəti Karakas və Marakaybo şəhərlərinə uçuşları dayandırıb.
Digər ölkələr
15 Mart , 2019 23:21
American Airlines Venesuelaya uçuşları dayandırıb

ABŞ-ın "American Airlines" aviaşirkəti Karakas və Marakaybo şəhərlərinə uçuşları dayandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, şirkət bu barədə qərarı ABŞ Pilotlar İttifaqının Venesuelaya uçuşları dayandırmaq çağırışlarından sonra qəbul edib.

Bildirilir ki, "American Airlines" təhlükəli hesab etdiyi ölkələrdə fəaliyyət göstərməyəcək.

Daha əvvəl Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bütün Amerika vətəndaşlarını Venesuelanı tərk etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi