Yuxarı

"American Airlines" reysinin bir neçə sərnişini təcili eniş sonrası xəstəxanaya çatdırılıb

"American Airlines" reysinin bir neçə sərnişini təcili eniş sonrası xəstəxanaya çatdırılıb
Milana uçan təyyarə Kanadada təcili eniş edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Mayamidən Milana uçan "American Airlines" şirtkətinə məxsus təyyarənin hava burulğanına düşməsi nəticəsində yeddi nəfər xəsarət alıb.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, göyərtəsində 192 sərnişin və 11 ekipaj üzvü olan təyyarə Florida ştatındakı hava limanından göyə qalxdıqdan bir qədər sonra hava burulğanı olan sahəyə daxil olub. Nəticədə təhlükəsizlik tədbiri çərçivəsində təyyarə Kanadanın Sent-Cons şəhərində təcili eniş etməli olub.

Şirkət nümayəndəsi Ross Faynstayn xəsarət alanların üçünün sərnişin, dördünün isə ekipaj üzvü olduğunu bildirib. Zərəçəkmişlər təyyarə yerə eniş edən kimi xəstəxanaya çatdırılıb. R.Faynstayn, həmçinin qeyd edib ki, hazırda xəsarət alan sərnişinlərin Milana çatdırılması yönündə işlər gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi