"Altılıq" ölkələri ilə İran nümayəndələri daha iki gün İsveçrədə qalacaq

"Altılıq" ölkələri ilə İran nümayəndələri daha iki gün İsveçrədə qalacaq martın 31-də İranın nüvə probleminə dair çərçivə anlaşmasının imzalanması planlaşdırılıb
Digər ölkələr
29 Mart , 2015 23:26
Altılıq ölkələri ilə İran nümayəndələri daha iki gün İsveçrədə qalacaq

Bakı. 29 mart. REPORT.AZ/ "Altılıq" ölkələri (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) ilə İranın nümayəndə heyətləri nüvə proqramı ilə bağlı yekun razılaşmanı əldə etmək üçün daha iki gün İsveçrənin Lozanna şəhərində qalacaqlar. "Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə danışıqlar prosesinə yaxın mənbə xəbər verib.

Qeyd edək ki, Birləşmiş Ştatlar və dünyanın beş qüdrətli dövləri İranla Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan razılığa dair danışıqlarda inkişafa nail olublar, lakin hələlik konkret razılıq əldə edilməyib.

Xatırladaq ki, martın 31-də İranın nüvə probleminə dair çərçivə anlaşmasının imzalanması planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi