Alp dağlarında baş vermiş sürüşmə zamanı 8 nəfər itkin düşüb

Alp dağlarında baş vermiş sürüşmə zamanı 8 nəfər itkin düşüb İtkin düşənlərin sağ qalmaq şansı azdır
Digər ölkələr
25 Avqust , 2017 22:49
Alp dağlarında baş vermiş sürüşmə zamanı 8 nəfər itkin düşüb

Bakı. 25 avqust. REPORT.AZ/ Xilasedicilər Alp dağlarının İsveçrə ərazisinə düşən hissəsində baş vermiş sürüşmələrdən sonra itkin düşmüş 8 nəfəri axtarır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Polisdən bildirilib ki, axtarışlar davam etdiriləcək. Lakin qeyd olunub ki, itkin düşənlərin sağ qalmaq şansı azdır.

İtkin düşənlər arasında İsveçrə, Avstriya və Almaniya vətəndaşları var.

Son xəbərlər

Orphus sistemi