Yuxarı

Almaniyanın yeni prezidenti and içib

Almaniyanın yeni prezidenti and içib
Frank-Valter Ştaynmayer Almaniyanın dövlət başçısı postunda Yoaxim Qauku əvəz edib

Bakı. 22 mart. REPORT.AZ/ Almaniyanın yeni prezidenti Frank-Valter Ştaynmayer and içib.

"Report" "TASA"a istinadən xəbər verir ki, yeni dövlət başçısının andiçmə mərasimi ilə əlaqədar Berlində Bundestaqla (parlament) Bundesratın (Federal Torpaqların Nümayəndələr Palatası) birgə iclası keçirilib. 

Qeyd edək ki, Frank-Valter Ştaynmayer bu postda Yoaxim Qauku əvəz edib. Fevralın 12-də Almaniyanın xüsusi orqanı və prezidenti seçmək üçün yığışan Federal Məclisinin nümayəndələrinin böyük əksəriyyəti sabiq xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Ştaynmayer 1260 səsdən 931-i qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi