Almaniyanın Tsirndorf şəhərində partlayış baş verib

Almaniyanın Tsirndorf şəhərində partlayış baş verib Çemodanın içərisinə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb
Digər ölkələr
27 İyul , 2016 19:16
Almaniyanın Tsirndorf şəhərində partlayış baş verib

Bakı. 27 iyul. REPORT.AZ/ Almaniyanın Tsirndorf şəhərində partlayış baş verib.

Bu barədə "Report" "Focus.de"yə istinadən xəbər verir.

Miqrantlarla iş üzrə İdarəyə qoyulmuş çemodanın içərisinə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.

Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. 

Hadisə şahidlərinin sözlərinə görə, onlar güclü partlayış səsi eşidib və yanan çemodanı görüblər. Bir neçə nəfər hadisə yerindən dərhal uzaqlaşıb.

Son xəbərlər

Orphus sistemi