Almaniyanın şimalında son 10 ilin ən böyük daşqınları baş verib

Almaniyanın şimalında son 10 ilin ən böyük daşqınları baş verib Drezden və şəhərətrafından 25 min sakin təxliyə edilib
Digər ölkələr
5 Yanvar , 2017 19:44
Almaniyanın şimalında son 10 ilin ən böyük daşqınları baş verib

Bakı. 5 yanvar. REPORT.AZ/ Almaniyanın şimalında son 10 ilin ən böyük daşqınlar qeydə alınıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, Baltik sahillərində əsən güclü külək və leysan ölkədə subasmalara səbəb olub. 

Təbii fəlakət nəticəsində ölən və yaralananlar olmasa da, Kildən Polşa ilə sərhəddə yerləşən Uzed kuroradasınadək olan ərazini su basıb.

Subasmadan Rostok, Ştralzund bölgələri və Vismar liman şəhəri daha çox ziyan çəkib. Həmin yerlərdə su səviyyəsi 1,83 metrə çatıb.

Elbada suyun səviyyəsi 7,5 metr səviyyəsinə çatdığından Drezdendən və şəhərətrafından 25 min insan sakin təxliyə edilib. 

Son xəbərlər

Orphus sistemi