Almaniyanın rəqs qrupunun 11 üzvü Brazilyada yol qəzasında ölüb

Almaniyanın rəqs qrupunun 11 üzvü Brazilyada yol qəzasında ölüb Hadisə ilə bağlı araşdırma aparılır
Digər ölkələr
11 Sentyabr , 2017 10:28
Almaniyanın rəqs qrupunun 11 üzvü Brazilyada yol qəzasında ölüb
G1.globo.com

Bakı. 11 sentyabr. REPORT.AZ/ Brazilyanın şərqində yerləşən Espirintu-Santu ştatında avtobusla yük avtomobilinin toqquşması nəticəsində Almaniyanın “Bergfreunde” rəqs qrupunun 11 rəqqası ölüb, 3 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “G1” portalı yayıb.

İnformasiyaya əsasən, ilkin ehtimala görə, yük avtomobili sürücüsünün idarəetməni itirməsi qəzaya səbəb olub. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi