Yuxarı

Almaniyada naməlum şəxs sinaqoqa hücum edib, ölənlər var - YENİLƏNİB

Almaniyanın Qalle şəhərində naməlum şəxs atəş açıb, ölənlər var

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxsin sinaqoqa hücumu nəticəsində iki nəfər ölüb. 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis “Twitter” səhifəsində məlumat yayıb. 

Bildirilib ki, bir neçə dəfə atəş açılıb: “Cinayətkarlar gizlənib”. 

Hüquq-mühafizə orqanları cinayəti törədənin tapılması istiqamətində axtarış-əməliyyat tədbiri keçirir.

Sinaqoqa hücum etməkdə şübhəli bilinən şəxs tutulub. 


*** 15:18

Almaniyanın Qalle şəhərində naməlum şəxs atəş açıb. 

“Report” “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər. 

Hadisə nəticəsində ölənlər var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi