​Almaniyanın müdafiə naziri: "Qərb Suriyaya quru qoşunu göndərməməlidir"

​Almaniyanın müdafiə naziri: "Qərb Suriyaya quru qoşunu göndərməməlidir" Ursula fon der Lyayen: "İraqda olduğu kimi yerli qüvvələri silahlandırıb, onlara təlim keçməliyik"
Digər ölkələr
18 Yanvar , 2016 12:09
​Almaniyanın müdafiə naziri: Qərb Suriyaya quru qoşunu göndərməməlidir

Bakı. 19 yanvar. REPORT.AZ/ İŞİD-ə qarşı mübarizə aparmaq üçün Qərb dövlətləri Suriyaya quru qoşunu göndərməməlidir.

"Report" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen yerli "Bild" qəzetinə müsahibəsində bildirib.

"İndiki şəraitdə Qərb dövlətlərinin quru qoşun göndərməsi doğru addım olmazdı. Biz İraqda olduğu kimi yerli qüvvələri silahlandırıb, onlara təlim keçməliyik. Qalib gələcəkləri halda onlar uzun müddətli təhlükəsizliyi təmin edə bilərlər. Bundan başqa biz münaqişə bölgəsində "Tornado" kəşfiyyatçı-təyyarə göndərmişik. Bu daha məntiqli və doğru addımdır" - deyə fon der Lyayen vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi