​Almaniyanın keçmiş xarici işlər naziri vəfat edib

​Almaniyanın keçmiş xarici işlər naziri vəfat edib Gido Vestervelle 54 yaşında dünyasını dəyişib
Digər ölkələr
18 Mart , 2016 19:41
​Almaniyanın keçmiş xarici işlər naziri vəfat edib

Bakı. 18 mart. REPORT.AZ/ Almaniyanın keçmiş xarici işlər naziri Gido Vestervelle 54 yaşında vəfat edib.

"Report" verdiyi xəbərə görə, məlumatı "Westerwelle Foundation" yayıb.

Məlumata görə, G.Vestervelle Köln Universitetinin klinikasında dünyasını dəyişib. Ölümə səbəb kimi leykemiyadan sonra baş vermiş fəsadlar göstərilir.

2001-2011-ci illərdə G.Vestervelle Azad Demokratlar Partiyasının sədri olub. O, 2009-2013-cü illər ərzində Almaniya XİN-ə rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi