Bakı. 30 noyabr. REPORT.AZ/ Almaniyanın vitse-kansleri və maliyyə naziri Olaf Şoltsun evinə noyabrın 30-a keçən gecə vandallar tərəfindən hücum edilib.
"Report" xəbər verir ki, bu barədə "Spiegel" yazıb.
Qeyd olunur ki, hadisə Hamburqun Altona rayonunda baş verib.
Polisin məlumatına görə, təqribən, 14 nəfərdən ibarət qrup əvvəlcə binanın girişində təkər yandırıb, sonra isə divara bankalar atmağa başlayıblar. Bundan sonra hücum edən şəxslər qaçaraq gizləniblər.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.