Yuxarı

Almaniyada turşu buxarı sızması baş verib, sakinlərə küçəyə çıxmamaq tövsiyə olunub

Almaniyada turşu buxarı sızması baş verib, sakinlərə küçəyə çıxmamaq tövsiyə olunub

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın Frankfurt-Mayn şəhərinin cənub-şərqində xlorid turşusu buxarının sızması baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, sızma Qrishaym sənaye bölgəsində olub.

Hadisə ilə əlaqədar yanğınsöndürənlər Qrishaym və Nid bölgələrində sakinlərə pəncərələri bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib.

Göstərilən ərazidə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hazırda kimyəvi maddənin ətraf mühitə yayılmasının ölçülməsi işləri həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi