Almaniyada türklərlə kürdlər arasında kütləvi dava olub

Almaniyada türklərlə kürdlər arasında kütləvi dava olub Almaniyada türklər ilə kürdlər arasında kütləvi dava baş verib
Digər ölkələr
22 Yanvar , 2018 23:42
Almaniyada türklərlə kürdlər arasında kütləvi dava olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Almaniyada türklərlə kürdlər arasında kütləvi dava baş verib

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 180 nəfərin iştirak etdiyi dava Hannover şəhərin hava limanında qeydə alınıb. 

İlkin məlumata görə, qarşıdurmaya səbəb kürdlərin hava limanının B terminalında Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyata qarşı keçirdiyi etiraz aksiyası olub.

Hava limanının əməkdaşları dava iştirakçılarını ayıra bilib.

Məlumatda bildirilir ki, 20 nəfərə qarşı göz yaşardıcı qazdan istifadə olunub. Vəziyyət nəzarət altındadır.

Son xəbərlər

Orphus sistemi