​Almaniyada Türkiyənin 3 vətəndaşı casusluq ittihamı ilə həbs edilib

​Almaniyada Türkiyənin 3 vətəndaşı casusluq ittihamı ilə həbs edilib Onların dindirilməsi davam edir
Digər ölkələr
19 Dekabr , 2014 11:43
​Almaniyada Türkiyənin 3 vətəndaşı casusluq ittihamı ilə həbs edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Almaniyada Türkiyənin 3 vətəndaşı casusluqda şübhəli bilinərək, həbs edilib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, federal prokurorluqdan yayılan yazılı açıqlamaya görə, 58 yaşlı Muhammed Taha G., 58 yaşlı Ahmet Duran Y., 33 yaşlı Göksel G. kəşfiyyat fəaliyyətində ittiham edilirlər.

Muhammed Taha G. və Göksel G. Frankfurt hava limanında, Ahmet Duran Y.Vest Şimali Ren - Vestfal əyalətində tutulub.

Şübhəlilərin Türkiyənin kəşfiyyat xidmətlərindən birinə işlədiyi iddia edilib.

Onların Rheinland-Pfalz əyalətinin Dövlət Cinayət Polis İdarəsində dindirildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi