Yuxarı

Almaniyada təyyarə qəzası nəticəsində 2 nəfər ölüb

Qəza Benshaym şəhərində baş verib

Bakı. 11 mart. REPORT.AZ/ Şənbə günü Almaniyanın Benshaym şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə yanğınsöndürmə xidməti və polis idarəsinin 25 əməkdaşı cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi