Yuxarı

Almaniyada təyyarə ağacların üzərində ilişib qalıb

​Almaniyada təyyarə ağacların üzərində ilişib qalıb

Almaniyada ikiyerlik kiçik təyyarə eniş edən zaman güclü külək nəticəsində istiqamətini dəyişib və ağaclara ilişərək 4 metrə yaxın hündürlükdə qalıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən DPA məlumat yayıb.

Hadisə Şimali Reyn-Vestfaliya federal torpağının Holtsvikkede kommunasında baş verib. İnsident zamanı xəsarət alan olmayıb.

Yanğın xidməti 56 yaşlı pilot və onun 51 yaşlı həyat yoldaşını təyyarədən endirib. Onlar iki saat ağacların üzərində qalıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi