Yuxarı

Almaniyada terror hücumu hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

​Almaniyada terror hücumu hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Almaniya hüquq-mühafizə orqanları Berlində axtarış əməliyyatları həyata keçirərək ölkə ərazisində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən şəxsi saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Ali Məhkəmənin müstəntiqlərinin noyabrın 5-dəki yekun məruzələri əsasında Berlində bir mənzildə axtarış keçirilib.

"Bugünkü axtarışlar Berlinin Baş Prokurorluğu tərəfindən dövlət təhlükəsi yaradan ağır cinayətə hazırlaşmaqda şübhəli bilinən şəxsə qarşı aparılan istintaqla əlaqədardır. Əməliyyat zamanı şübhəli şəxs saxlanılıb", - press-relizdə deyilir.

Prokurorluq saxlanılan şəxsin radikal düşüncəli olduğunu bildirib. Səlahiyyətlilərin bildirdiyinə görə, o, 2019-cu ilin yanvar ayından partlayıcı hazırlamaq üçün detallar və kimyəvi maddələr alıb.

"Bomba Almaniya ərazisində müəyyən edilməyən vaxtda müəyyən edilməyən yerdə mümkün qədər çox insanı öldürmək və şikəst etmək məqsədilə partladılmalı idi", - bəyanatda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi