Yuxarı

Almaniyada “soyuq silah”la daha bir hücum olub, iki qadın yaralanıb

Almaniyada “soyuq silah”la daha bir hücum olub, iki qadın yaralanıb
Hücum edən şəxs gizlənib

Bakı. 10 mart. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərində naməlum şəxsin bıçaqla dəmir yol vağzalında yoldan keçənlərə hücumu nəticəsində iki qadın yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, xəsarət alanlar İtaliya vətəndaşlarıdır.

Məlumata görə, hadisə martın 10-da baş verib və hücum edən şəxs gizlənib.

Qeyd edək ki, bu, son iki gündə Düsseldorfda baş verən eyni mənşəli ikinci hadisədir. Martın 9-da əli baltalı bir nəfər dəmir yol vağzalında insanların üzərinə hücum çəkərək 9 nəfəri yaralayıb. Basqınçı saxlanılıb. Onun psixi cəhətdən anormal olduğu haqqında xəbər yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi