Yuxarı

Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub - FOTO

​Almaniyada sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində yaşıl gödəkcədə və dəbilqədə sinaqoqa hücum edən cinayətkarın şəxsiyyəti məlum olub.

Bu barədə "Report" "Spiegel"ə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, 27 yaşlı, milliyyətcə alman Stefandır. Stefan əslən Saksoniya Anhaltdandır və sağçı radikaldır.

Nəşr vurğulayır ki, həmin şəxs əvvəllər qanunları pozmayıb.

"O, həbs edilib. Faktlar göstərir ki, Stefan tək hərəkət edib", - nəşr əlavə edib.

Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxsin sinaqoqa hücumu nəticəsində iki nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi