Almaniyada silahlı sürücü piyadalara hücum edib, 3 nəfər yaralanıb

Almaniyada silahlı sürücü piyadalara hücum edib, 3 nəfər yaralanıb Hadisə Heydelberq şəhərində baş verib
Digər ölkələr
25 Fevral , 2017 22:01
Almaniyada silahlı sürücü piyadalara hücum edib, 3 nəfər yaralanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Almaniyanın Heydelberq şəhərində bıçaqla silahlanmış sürücü piyadalara hücum edərək 3 nəfərə xəsarət yetirib və sonda polis tərəfindən yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü polis nümayəndəsinə istinadən “N24” telekanalı məlumat yayıb.

Sürücü hadisə yerindən qaçmağa cəhd göstərib. Hazırda o, xəstəxanadadır. Caninin və yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi