Almaniyada silahlı şəxs banka hücum edib - YENİLƏNİB

Almaniyada silahlı şəxs banka hücum edib - YENİLƏNİB Hücum edən kişi yaralıdır və artıq saxlanılıb
Digər ölkələr
21 Aprel , 2017 17:25
Almaniyada silahlı şəxs banka hücum edib - YENİLƏNİB
Ria.ru

Bakı. 21 aprel. REPORT.AZ/ Almaniyanın Valdshute şəhərində banka hücum edən şəxs artıq saxlanılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, binanı ələ keçirəndən sonra hadisə yerinə gələn polis əməkdaşlarına atəş açıb və cavab atəşi ilə yaralanıb. Onu xəstəxanaya aparıblar.

Bankda olan əməkdaşlar xəsarət almayıblar.

Hücum edən çəxsin motivləri barədə məlumat verilmir.

***16:36

Almaniyanın Baden-Vürtemberq federal torpağındakı Valdshute şəhərində silahlı şəxs banka hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bina polis tərəfindən mühasirəyə alınıb.

Polisin məlumatına görə, binanın içərisindən atışma səsləri gəlir. Həmçinin bankın 2 əməkdaşının yardımçı otaqda gizləndiyi bildirilib.

Hücum edən şəxsin girov götürüb-götürmədiyi hələlik bəlli deyil.

Son xəbərlər

Orphus sistemi