Almaniyada qaçqın statusu almaq istəyənlərin sayı artıb

Almaniyada qaçqın statusu almaq istəyənlərin sayı artıb 2018-ci ildə 1,3 milyon insan Almaniyada qaçqın kimi rəsmi qeydiyyatdan keçib.
Digər ölkələr
19 İyul , 2019 16:54
Almaniyada qaçqın statusu almaq istəyənlərin sayı artıb

2018-ci ildə 1,3 milyon insan Almaniyada qaçqın kimi rəsmi qeydiyyatdan keçib. 

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Ofisindən bildirilib. 

Məlumata görə, bu, 2017-ci illə müqayisədə 11% çoxdur. 

Ötən il Almaniyada qaçqın statusu almaq istəyənlərin sayı isə 6% artaraq 1,8 milyon nəfərə çatıb. Bura qaçqınlıq üçün müraciəti qəbul edilməyərək ölkədən çıxarılması gözlənilən şəxslər, o cümlədən Əfqanıstan, İraq və Serbiyadan olan, təxminən, 190 min nəfər daxildir. 

Almaniyada qaçqın statusu alan hər 5 şəxsdən 1-nə ölkədə müddətsiz yaşamağa icazə verildiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi