Almaniyada məktəbli avtobusu ilə minik avtomobili toqquşub.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə məktəbliləri daşıyan avtobus Baden-Vyurtemberqdən Tyurinq şəhəri istiqamətində hərəkət edərkən baş verib. Qəza zamanı 23 nəfər xəsarət alıb.
İlkin məlumata görə, hadisəyə minik avtomobilinin 73 yaşlı sürücüsünün ehtiyatsızlığı səbəb olub. Qeyd edilir ki, qəza zamanı avtobusda 16-18 yaşlarında 49 məktəbli olub. Onları 6 nəfər müşayiət edirmiş. Hadisə zamanı xəsarət almış məktəblilər xəstəxanaya yerləşdirilib.
Qəza zamanı həmçinin minik avtomobilinin sürücüsü və sərnişini də xəsarət alıb.