Almaniyada küçədə piton ilanı ilə gəzən gənc oğlan saxlanılıb

Almaniyada küçədə piton ilanı ilə gəzən gənc oğlan saxlanılıb Polisi hadisə yerinə yerli sakinlər çağırıb
Digər ölkələr
9 Noyabr , 2017 06:58
Almaniyada küçədə piton ilanı ilə gəzən gənc oğlan saxlanılıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Almaniyanın Darmştadt şəhərində şalvarının cibində piton ilanı gəzdirən sərxoş gənc oğlan polis tərəfindən saxlanılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, polisi hadisə yerinə yerli sakinlər çağırıb.

Polis əməkdaşları onun üzərinə baxış zamanı 35 santimetrlik piton ilanı aşkar ediblər.

Hazırda gənc oğlanın bu hərəkət ilə heyvanların müdafiəsinə dair qanunları pozub-pozmadığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi