Yuxarı

Almaniyada koronavirusa yoluxanların sayı 118 mini keçdi - YENİLƏNİB

Almaniyada koronavirusdan ölənlərin sayı artdı
Dinlə

529

Almaniyada koronavirusa yoluxanların sayı 118 235-ə çatıb.

“Report” “RT”yə istinadən xəbər verir ki, məlumatı Cons Hopkins Universiteti yayıb.

Ölkədə virus qurbanlarının sayı 2 607, sağalanların ümumi sayı isə 52 407 nəfərdir. 


*** 10:08

Almaniyada son sutkada koronavirusa yoluxanların sayı artıb.

“Report” xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son sutkada ölkədə 5 323 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qeydə alınan yoluxmaların ümumi sayı 113 525-ə yüksəlib. Eyni dövr ərzində ölənlərin sayı 266 nəfər artaraq 2 373-ə çatıb.

Qeydə alınan yoluxanların təqribən yarısı koronavirusdan sağalıb – 53 913.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 925 nəfəri sağalıb, 95 751 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi