Almaniyanın Haynsberq dairəsinin (Şimali Reyn-Vestfaliya federal ərazisi) sakini koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə “Bild” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə ki, bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.
Qeyd edək ki, Şimali Reyn-Vestfaliya virusun yayılması mərkəzidir.
DPA agentliyi də öz növbəsində ölkədə koronavirusdan ikinci xəstənin öldüyünü xəbər verib. Bildirilir ki, hadisə Essen şəhərində qeydə alınıb. Ölən şəxs 89 yaşlı sakindir.
Qeyd edək ki, koronavirusun yayıldığı ölkələrin sayı 100-ə çatıb. Son məlumata görə, Bruney krallığında da koronavirus infeksiyası aşkarlanıb.