Yuxarı

Almaniyada koronavirus xəstələrinin sayı 85 mini ötdü

​Almaniyada koronavirus xəstələrinin sayı 85 mini ötdü

515

Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 153 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında "N-tv" telekanalı bildirib.

Qeyd edilir ki, ölkədə ümumilikdə 85 439 nəfər virusa yoluxub.

AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn - Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 23,8 min xəstə sağalıb.

Almaniyada son bir gün ərzində virusa yoluxmuş təxminən 150 insan ölüb, daha 5,5 min nəfər COVID-19-a yoluxub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi