​Almaniyada ilk dəfə Ramazan festivalı keçirilib

​Almaniyada ilk dəfə Ramazan festivalı keçirilib Tədbir mehtər marşı ilə başlayıb
Digər ölkələr
20 İyun , 2015 12:49
​Almaniyada ilk dəfə Ramazan festivalı keçirilib

Bakı. 20 iyun. REPORT.AZ/ Almaniyanın Köln şəhərində ilk dəfə Ramazan festivalı keçirilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, tədbir Hollandiyanın mehtərlər ansamblının marşı ilə başlayıb.

Festival Ramazan ayı ərzində 14 min kv. metr ərazidə keçiriləcək. 76 iş adamı həmin ərazidə köşk qurub. Tədbirə gələnlər çay, qəhvə və sələb kimi milli içkilərə qonaq edilirlər.

Son xəbərlər

Orphus sistemi