Yuxarı
    Bağlamaq

    Almaniyada hərbi qruplaşmanın siyasətçilərə qarşı terror aktlarının üstü açılıb

    Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniyanın Cinayət Polisinin Federal İdarəsi bundesverin, xüsusi təyinatlı dəstənin hərbçiləri tərəfindən və Uniter assosiasiyası elit əsgərləri tərəfindən təşkil edilmiş siyasi qətllər məqsədli sui-qəsdin üstün açıb.

    Bu barədə "Report" "Focus jurnalına istinadən xəbər verir.

    Qeyd edilir ki, hərbi qruplaşma siyasətçiləri məhv etməyə hazırlaşırmış. Sui-qəsdçilər öz planlarının həyata keçəcəyi gün hələ müəyyənləşdirilməyib.

    Onların qurbanlarının tam siyahısı da hələ məlum deyil. Lakin qruplaşma üzvlərinin hədəfləri arasında Bundestaqda solçu partiyaların fraksiyasının başçısı Ditmar Bartç olub. Jurnalın versiyasına görə, sui-qəsdçilərin qətllərdən sonra nə etməyə hazırlaşdıqları da məlum deyil.

    Qruplaşmanın üzvləri Almaniyanın silahlı qüvvələrində və xüsusi təyinatlı dəstədə xidmət ediblər. Onlar gizli yığıncaqlarda gələcək fəaliyyətlərini müzakirə ediblər.

    Sui-qəsdçilərin planlarının üstünün açılmasına səbəb bundesverin əsgəri Franko A-nın işi ilə bağlı araşdırma olub. O, hakimiyyət orqanlarına qarşı terror aktlarını planlaşdırırmış. Əsgər törədəcəyi terror aktlarını miqrantların üstünə atmaq üçün Miqrasiya Xidmətinə guya Suriya qaçqını olması barədə yanlış informasiya verib. 

    Avstriyada isə ordunun keçmiş zabitinin İranda əməkdaşlığa cəlb edildiyi müəyyənləşib. Rusiyaya casusluqda təqsirləndirilən keçmiş polkovnik hələ 1988-ci ildə İranda SSRİ kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi