Almaniyada koronavirusa yoluxanların sayı 145 mini ötüb

Almaniyada koronavirusa yoluxanların sayı 145 mini ötüb Almaniyada ötən sutkada 2 237 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
22 Aprel , 2020 09:19
Almaniyada koronavirusa yoluxanların sayı 145 mini ötüb

Almaniyada ötən sutkada 2 237 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, Almaniyada qeydə alınan yoluxma hallarının sayı 145 694-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 281 nəfər artaraq 4 879-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 321 nəfəri sağalıb, 177 674 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi