Yuxarı

Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib

​Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib

Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib.

Bu barədə "Report" "Passauer Neue Presse"yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Passau şəhərindəki pansionatda baş verib. Nəşr bildirib ki, 1 kişi və 2 qadın müəmmalı qətlin qurbanı olublar. Onların cəsədlərini qulluqçu aşkarlayıb.

Öldürülənlər ora 3 gün əvvəl gəliblər. Hazırda polis onlar arasındakı münasibətləri araşdırır. 

Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi