Yuxarı

Almaniyada Berlində törədilmiş terror aktının ikinci şübhəli şəxsi saxlanılıb

Tunis əsilli şəxsin terror aktında rolu araşdırılır

Bakı. 4 yanvar. REPORT.AZ/ Almaniyanın hakimiyyət orqanları Berlində törədilmiş terror aktında şübhəli bilinən ikinci şəxsi saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Almaniya Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, 26 yaşlı şəxs Tunis əsillidir. Hazırda onun terror aktında rolu araşdırılır.

Saxlanılan şəxsin terror aktını həyata keçirməkdə şübhəli bilinən Anis Amri ilə hadisədən 1 gün əvvəl şam etdiyi bildirilir. Qeyd edək ki, Anis Amri Milanda polislə baş vermiş atışmada öldürülüb.

Xatırladaq ki, Berlində terror aktı dekabrın 19-da baş verib. Hadisə zamanı 12 nəfər ölüb, 48 nəfər xəsarət alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi