Yuxarı

Almaniyada yaralıların sayı artdı - YENİLƏNİB - FOTO

Almaniyada avtomobil kütləni əzdi, yaralananlar var

911

Almaniyanın Volkmarzen şəhərində naməlum sürücünün avtomobili karnaval yürüşü iştirakçılarını əzməsi nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

“Report” “Bild”ə istinadən xəbər verir ki, onların üçdə birinin vəziyyəti ciddidir.

Polisdən bildirilib ki, sürücü bilərəkdən avtomobili insanların üzərinə sürüb: “Lakin, bu terror aktı deyil”.


19:23***

Almaniyanın Hessen əyalətinin Folkmarzen şəhərində naməlum sürücü avtomobilini karnaval iştirakçılarının üzərinə sürüb.

“Report” ARD-yə istinadən xəbər verir ki, nəticədə azı 10 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var. Polisin məlumatına görə, sürücü saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi