Almaniyada ötən sutkada 1 251 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 168 551-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 103 nəfər artaraq 7 369-a çatıb.
Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 143 mini ötüb.
Ən çox yoluxma halı Bavariyada (44 169) qeydə alınıb. Paytaxt Berlində 6 242 nəfərin testi müsbət nəticələnib.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.