Yuxarı

Almaniya XİN: İŞİD-in məğlubiyyətinə rəğmən, terrorçularla mübarizə hələ bitməyib

​Almaniya XİN: İŞİD-in məğlubiyyətinə rəğmən, terrorçularla mübarizə h

Almaniyanın xarici işlər naziri Hayko Maas Suriyanın Əl-Baquz şəhərinin İŞİD terror təşkilatından azad olunmasını alqışlayıb, lakin ekstremistlərlə mübarizənin hələ bitmədiyini deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

"İrəliyə mühüm addım atıldı. Bu uğura baxmayaraq, İŞİD-dən əhəmiyyətli dərəcədə təhlükə gəlməkdə davam edir. Nifrət və terrora qarşı mübarizəni davam etdirmək lazımdır", - deyə Maas bildirib.

Daha əvvəl Ağ ev Suriyanın tam olaraq İŞİD-dən azad olunduğunu bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi