Yuxarı

Almaniya və Fransa XİN başçıları Ukraynaya yola düşüb

Almaniya və Fransa XİN başçıları Ukraynaya yola düşüb
Normand dördlüyünə daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü Parisdə keçiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Ukraynanın şərqindəki münaqişənin həlli ilə bağlı "Normand dördlüyü"nün növbəti görüşü martın 3-də Parisdə baş tutacaq. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Mark Eyro məlumat verib.

Görüşdə Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri iştirak edəcəklər.

Bu gün Almaniyanın xarici işlər nazirləri Frank-Valter Ştaynmayer və onun fransız həmkarı J-M.Eyro Kiyevə yollanıb. Onlar fevralın 22-23-də Ukrayna rəhbərliyi ilə danışıqlar aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi